İKT mütəxəssisləri müraciət etdi

İKT mütəxəssisləri müraciət etdi
  25 Oktyabr 2013    Oxunub:1918
32 yaşlı Valeh Mirzəyev leykoz xəstəliyindən əziyyət çəkir, onun həyatda qalması bizlərdən asılıdır.
AzVision.az-a İnformasiya Texnologiyaları sahəsində çalışan bir qrup mütəxəssis tərəfindən müraciət daxil olub. Müraciətdə onlar həmkarları, Mirzəyev Valeh Vaqif oğlunun limfoblastik leykoz xəstəliyindən əziyyət çəkdiyini bildirərək, xeyirxah insanları ona dəstək verməyə çağırır.

Müraciəti olduğu kimi diqqətinizə çatdırırıq:

Dəyərli media nümayəndələri!

Mirzəyev Valeh Vaqif oğlu 1981-ci ildə anadan olub. Ailəlidir, iki az yaşlı övladı var. Uzun müddət bank sektorunda, İnformasiya Texnologiyaları sahəsində çalışıb.

2013-cü ilin iyun ayında həkimlər tərəfindən ona ilkin limfoblastik leykoz diaqnozu qoyulub. Hazırda maddi və mənəvi yardıma ehtiyac duyur.

Biz də bir qrup İnformasiya Texnologiyaları sahəsində çalışan insanlar öz kolleqamızın bu çətin anına biganə qalmaq istəmədik. Bu məqsədlə 27 oktyabr 2013 cü il Xəzər Universitetinin dəstəyi ilə İT səhəsinə həvəs göstərən və bu sahədə biliklərini artırmaq istəyən insanlar üçün tərəfimizdən təmmanasız təlimlər keçiriləcək. Bu təlimlər sayəsində, Valeh Mirzəyevə yardım etmək istəyən bir araya toplanacaq və həm İT sahəsində dəyərli məlumatlar əldə edib, həm də istədikləri yardımı bir başa etmək imkanı qazanacaqlar.

Təlimlər bir günü əhatə etməklə aşağıdakı mövzulardan ibarət olacaq:

1. Black Hat Groups and Attacking Techniques ( Emin Ghuliev , Arif Shamistanli)

2. Database Management Systems General overview ( Shahriyar Rzayev)

3. PaaS (cloud computing systems) Jahangir Shabiyev

Əlavə olaraq qeyd edək ki, mövzular barədə təlim deyəcək əməkdaşlar, hamısı İT sahəsində öz sözünü demiş və yetərincə tanınmış insanlardır.

Bildiyiniz kimi, hörmətli prezidentimiz İlham Əliyevin təşəbbüsü ilə 2013 cü il Azərbaycan Respublikasında “ informasiya kommunikasiya ili” élan edilmişdir. Biz İT cəmiyyətinin üzvləri olaraq məqsədimiz həm bu qərara sadiq qalaraq İT sahəsində lazımlı iş görmək, bu sahəyə maraqı olan insanlar üçün lazımlı seminarlar təşkil etmək, həm də diqqəti kolleqamızın xəstəliyinə çəkməkdir.

Çox istərdik ki, media mənsubları olaraq çox ali və dəyərli iş icraçısı olan Sizlər də xeyriyyə məqsədi ilə keçiriləcək bu tədbirə biganə qalmayasınız və səsimizi daha geniş auditoriyaya çatdırmaqda yardımçı olasınız.

Bir daha qeyd etmək istərdik ki, təlimlər 27 oktyabr 2013 cü il saat 14:00 da Xəzər Universitetində (Neftçilər filalı) baş tutacaq.


Teqlər:  





Xəbər lenti