Avtomobillər toqquşdu – 1 ölü

Avtomobillər toqquşdu – 1 ölü
  24 Oktyabr 2013    Oxunub:1156
Abşeron rayonunda iki avtomobil toqquşub, ölən var.
Abşeron rayonunda, Müşviqabad qəsəbəsindən Sumqayıt şəhərinə gedən avtomobil yolunda “Opel” markalı minik avtomobili və “Ford” markalı yük avtomobili toqquşub. AzVision.az Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, dərhal nazirliyin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub.

Qəza nəticəsində “Opel” markalı avtomobilin sürücüsü, 1978-ci il təvəllüdlü Mirzəyev Sahib Arif oğlu hadisə yerində vəfat edib. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə, xüsusi alət və avadanlıqlar vasitəsilə avtomobildə sıxılmış vəziyyətdə qalmış şəxsin cəsədini çıxararaq aidiyyəti üzrə təhvil verib.


Teqlər:





Xəbər lenti