Polisə atəş açan bu dəfə də müqavimət göstərdi

Polisə atəş açan bu dəfə də müqavimət göstərdi
  24 Oktyabr 2013    Oxunub:1237
Qusarda polisə hücum edən dəstənin üçüncü üzvü də zərərsizləşdirildi.
Qusarda polisə hücum edən dəstənin üçüncü üzvü də zərərsizləşdirilib.

AzVision.az Trend-ə istinadən xəbər verir ki, Qusarda polislərə atəş açan mütəşəkkil cinayətkar qrupun üzvlərindən üçüncüsü də zərərsizləşdirilib. Məlumata görə, Edik Rüstəmov bu gün saat 18:00 radələrində Bənövşəli göl massivində Kərimov küçəsindəki sahibsiz evdə gizləndiyi yerdə aşkarlanıb.

E.Rüstəmov polisə müqavimət göstərsə də, zərərsizləşdirilib.

Xatırladaq ki, DİN-nin yaydığı məlumatda oktyabrın 16-da Qusarda soyğunçuluq hadisəsi ilə bağlı əməliyyat aparan polis əməkdaşlarının atəşə tutulduğu bildirilmişdi. Nəticədə güllə yarası alan əməliyyat müvəkkili həlak olmuş, üç polis əməkdaşı isə yaralanmışdı.

Qeyd edək ki, axtarışda olan Faiq Şahmuradov və Ramiz Rəhimxanov əməliyyat gedişində öldürülüb.


Teqlər:





Xəbər lenti