Piyadanı öldürüb qaçan sürücü tutulub

Piyadanı öldürüb qaçan sürücü tutulub
  25 İyun 2018    Oxunub:810
İyunun 23-də Nərimanov rayonu ərazisində Ucar rayon sakini Emil Həsənlinin avtomobillə vurulması nəticəsində aldığı xəsarətlərlə xəstəxanaya yerləşdirilməsi barədə daxil olmuş məlumatla əlaqədar dərhal 17-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib.
DİN-in mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, araşdırmalarla piyadanın saat Z.Bünyadov prospektində yolu keçərkən müəyyən edilməmiş avtomobillə vurulduğu məlum olub. Həkimlərin səyinə baxmayaraq yaralının həyatını xilas etmək mümkün olmayıb.

DİN-in Təhlükəsiz Şəhər Xidməti və 17-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində yol-nəqliyyat hadisəsinin “KİA” markalı avtomobillə törədilməsi müəyyən edilib.

Yol qəzasını törədərək hadisə yerindən yayınmaqda şübhəli bilinən həmin nəqliyyat vasitəsini idarə edən Kürdəmir rayon sakini Orxan Hüseynov polis əməkdaşları tərəfindən saxlanılıb. Faktla bağlı Nərimanov Rayon Polis İdarəsində araşdırma aparılır.

AzVision.az


Teqlər: DYP   Qəza  





Xəbər lenti