Maşın oğurlayan dəstə tutulub

Maşın oğurlayan dəstə tutulub
  22 İyun 2018    Oxunub:2661
Cari ilin aprel ayında Bərdə rayon Alpoud kənd sakini Ramin İsmayılov RPŞ-yə ərizə ilə müraciət edərək ona məxsus “VAZ-2107” markalı maşının oğurlandığı barədə məlumat verib.
DİN Mətbuat Xidmətinin Bərdə regional qrupundan AzVision.az-a verilən məlumata görə, faktla bağlı cinayət işi açılıb, araşdırmalar aparılıb. Həyata keçirilən əməliyyat-axtarış tədbirləri nətcəsində oğurluğu törətməkdə şübhəli bilinən Beyləqan rayon sakinləri Nurlan Məmmədli və İbrahim Feyziyev şübhəli blinərək saxlanılıb. Araşdırmalarla onların 2015-ci ildə Alpoud kəndindən daha bir “VAZ-2107” markalı maşını oğurladıqları da məlum olub.

Onların ətrafında davam etdirilən araşdırmalarla həmyerliləri Abbas Şabanov və Elmir Həsənov ilə birlikdə İmişli rayonun ərazisindən bir ədəd “VAZ-2107” və Beyləqan rayonun ərazisindən iki ədəd traktor qoşqusu oğurladıqları da müəyyən edilib. Dindirilmə zamanı onlar törətdiyi cinayət əməlini etiraf edib. Oğurlanan avtomobillər maddi sübut kimi götürülüb.
Faktla bağlı Bərdə RPŞ-də araşdırmalar davam etdirlir.


AzVision.az


Teqlər: DİN   Maşın   Cinayət   Oğurluq  





Xəbər lenti