Axtarışda olan 33 nəfər saxlanılıb

Axtarışda olan 33 nəfər saxlanılıb
  12 İyun 2018    Oxunub:901
Respublikanın daxili işlər orqanları tərəfindən ötən gün ərzində 135 cinayət faktı qeydə alınıb, onların 36-ı “isti izlər”lə açılıb. Əvvəlki dövrlərdən bağlı qalmış 5 cinayətin açılması təmin olunub.
AzVision.az Daxili İşlər Nazirliyinə (DİN) istinadən xəbər verir ki, axtarışda olduğuna görə ümumilikdə 33 nəfər, o cümlədən mülki-hüquqi öhdəliklərin icrasından yayındığına görə 4 nəfər, borclu şəxs qismində axtarışda olan 19 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında 5 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 2 nəfər ölüb, 7 nəfər xəsarət alıb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 17, qanunsuz saxlanılan silah-sursatla bağlı 2 fakt müəyyən edilib. Cinayət törətməkdə şübhəli bilinən 37 nəfər saxlanılıb.

AzVision.az


Teqlər: DİN   Cinayət   Həbs   Polis  





Xəbər lenti