“Seçki ili olduğundan bu, vacibdir”

 “Seçki ili olduğundan bu, vacibdir”
  05 Mart 2013    Oxunub:1565
Elmira Süleymanova vətəndaşların azad toplaşmaq hüququna hörmətlə yanaşmağa çağırdı.
“Mitinqlərin keçirilməsinə şərait yaradılmalı, zorakılıqlara yol verilməməlidir. Jurnalistlərin sərbəst fəaliyyətinə şərait yaratmaq lazımdır.Həmçinin, jurnalistlər də məsuliyyətlərini dərk edərək yazmalı, heç kimin şərəf və ləyaqətinə toxunmamalıdırlar.”

Bu sözləri İnsan hüquqları üzrə müvəkkil (Ombudsman) Elmira Süleymanova Milli Məclisdə məruzəsindən sonra səsləndirdiyi təkliflər sırasında bildirib. Ombudsmanın sözlərinə görə, bu il seçki ili olduğundan hökumətin vətəndaşların azad toplaşmaq hüququna hörmətlə yanaşması vacibdir.

AzVision.az


Teqlər:  





Xəbər lenti