Ayaz Mütəllibova təxribatçı deyildi

Ayaz Mütəllibova təxribatçı deyildi
  05 Mart 2013    Oxunub:2657
Milli Məclisin bugünkü iclasında millət vəkili Qüdrət Həsənquliyev Azərbaycanın keçmiş prezidenti Ayaz Mütəllibovu təxribat yaratmaqda ittiham edib.
Deputat Q.Həsənquliyev Ayaz Mütəllibovun ölkə KİV-lərinə verdiyi müsahibəni şərh edərkən, bununla bağlı bir sıra məsələlərə toxunub.
Hələ Milli Məclisdə eks-prezidentlər haqqında qanun müzakirə olunan zaman bildirmişəm ki, Ayaz Mütəllibov Rusiyadan Azərbaycana gəldikdən sonra təxribat fəaliyyəti göstərəcək. Mənim dediklərim düz çıxdı. Xocalı faciəsi ilə bağlı son günlərdə dediyi açıqlamalara diqqətlə baxın. Onun bütün bu dedikləri təxribatdır və müəyyən məqsədlərə qulluq edir. Ayaz Mütəllibovun haranın adamı olması artıq bir daha özünü göstərir”-deyə millət vəkili bildirib.
Modern.az yazır ki, Q.Həsənquliyevin sözlərinə görə Azərbaycan bu məsələyə diqqətlə yanaşmalıdır.


Teqlər:  





Xəbər lenti