Azərbaycanda 3 ayda 7 ana ölümü qeydə alınıb

Azərbaycanda 3 ayda 7 ana ölümü qeydə alınıb
  19 Aprel 2018    Oxunub:1326
"2018-ci ilin 3 ayı ərzində Azərbaycanda 7 ana ölümü faktı qeydə alınıb".
AzVision.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Doğuşayardım Komissiyasının sədri, Səhiyyə Nazirliyinin baş mama-ginekoloqu Sevinc Məmmədova deyib. O, bildirib ki, baş verən ana ölümləri ilə bağlı 12 tibb işçisinə töhmət verilib, 1 nəfər isə həbs olunub.

Baş mama-ginekoloq qeyd edib ki, ötən il ümumilikdə 20 ana ölümü olub.

"Buna görə 50-dən artıq tibb işçisi inzibati tənbeh tədbirlərinə cəlb olunub. Burada həm dövlət, həm də özəl tibb müəssisələri var".

Aytən Zəhra
AzVision.az


Teqlər: Səhiyyə   Ana   Ölüm  





Xəbər lenti