İşğal olunan rayonlarımızda binalar çökür
Yağan yağış və qarın, o cümlədən köhnə boruların partlaması nəticəsində binaların zirzəmisinə yığılan su onsuz da bərbad vəziyyətdə olan köhnə tikililəri təhlükə qarşısında qoyur. Artıq binalardan bəzilərinin çökməsi və çat verməsi də müşahidə edilir.
Problemi həll etməyə isə nə qondarma qurumun, nə də Ermənistanın gücü çatmadığından edilən müraciətlər də cavabsız qalır. Ermənilər bu və bu kimi problemlərdən artıq cana gəldiyini və yaşadıqları şəraitin dözülməz olduğunu deyir.
Teqlər: