Goranboyda partlamamış hərbi sursat tapılıb

Goranboyda partlamamış hərbi sursat tapılıb
  31 Yanvar 2018    Oxunub:1126
Yanvarın 31-də Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzindən Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Goranboy rayonunun Aşağı Ağcakənd qəsəbəsində iki mərminin və bir əl qumbarasının tapılması barədə məlumat daxil olub.
ANAMA-dan AzVision.az-a verilən məlumata görə, agentliyin xüsusi mobil çevik əməliyyat qrupu dərhal həmin əraziyə göndərilib.

Agentliyin mütəxəssisləri tərəfindən qeyd olunmuş ərazidə yol kənarına baxış keçirilib. Aparılan təxirəsalınmaz operativ əməliyyat axtarış tədbirləri nəticəsində partlamamış üç hərbi sursat (2 ədəd 100 millimetrlik top mərmisi (BK-5M və OF-32) və bir köhnə model əl qumbarası) aşkar olunub və agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

Aşkarlanmış partlamamış hərbi sursatların ətrafında 1500 kvadratmetr əraziyə yerüstü baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu tapılmayıb.

Ümumilikdə agentlik tərəfindən yanvarın 1–dən 31-dək 75 partlamamış hərbi sursat aşkar olunaraq zərərsizləşdirilib, 10 min 640 kvadratmetr ərazi yoxlanılıb.

AzVision.az



Teqlər: ANAMA   Goranboy  





Xəbər lenti