ABŞ səfirliyinin maşını Bakıda qəzaya düşüb

ABŞ səfirliyinin maşını Bakıda qəzaya düşüb
  14 Oktyabr 2017    Oxunub:1752
ABŞ səfirliyinə məxsus avtomobil Bakıda qəza törədib.
AzVision.az APA-ya istinadən xəbər verir ki, hadisə paytaxtın Nəsimi rayonu ərazisində, Azadlıq prospekti, 60 ünvanında qeydə alınıb.

ABŞ-ın Bakıdakı səfirliyinə məxsus “Honda” markalı, 006 D 047 dövlət qeydiyyat nişanlı avtomobil yol kənarında duran “Toyota Prado” markalı maşına çırpılıb. Qəza nəticəsində xəsarət alan olmayıb, hər iki avtomobilə yüngül ziyan dəyib.

Faktla bağlı araşdırma aparılır.

AzVision.az


Teqlər: ABŞ   Səfirlik   Qəza  





Xəbər lenti