İngiltərə “kürd soyqırımı”nı tanıdı
Qərarda 1988-ci ildə Səddam Hüseynin tapşırığı ilə Şimali İraq komandanı təyin edilən Əli Həsən əl-Məcidin 200 minə yaxın kürdü öldürdüyünü və bunun bir soyqırım olduğu qeyd edilib.
Kürd muxtariyyətinin baş naziri Nəçirvan Barzani qərardan məmnun olduqlarını açıqlayıb.
Xatırladaq ki, daha öncə İsveç və Norveç də İraqdakı qətliamı soyqırım olaraq tanıyıb.
İraqdakı kürdlərin muxtariyyət tələbləri artırdıqdan sonra, 1988 – ci ilin sentyabrında bölgədə yaşayan kürdlərə qarşı kimyəvi silahlardan da istifadə edərək 198 mindən çox kürd amansızlıqla qətlə yetirilib. Məhz bu hücumlara görə əməliyyatlara rəhbərlik edən əl-Məcid "kimyəvi Əli" və ya "Kürdistanın qəssabı" təxəllüsünü alıb.