Prezident səfiri qəbul etdi

Prezident səfiri qəbul etdi
  01 Mart 2013    Oxunub:1541
Səfir Prezident İlham Əliyevə minnətdarlığını ifadə edib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 1-də Pakistan İslam Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri İnayatullah Kakarı diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul edib.

Dövlət başçısı səfir İnayatullah Kakarın ölkəmizdəki diplomatik fəaliyyəti dövründə Azərbaycan Respublikası ilə Pakistan İslam Respublikası arasında ikitərəfli münasibətlərin uğurla inkişaf etdiyini vurğulayıb. Pakistan Prezidenti Asif Əli Zərdarinin İqtisadi Əməkdaşlıq Təşkilatının Bakıda keçirilən sammitində iştirakını yüksək qiymətləndirən Prezident İlham Əliyev onunla görüşü zamanı ikitərəfli münasibətlərimizlə bağlı məsələlər ətrafında apardıqları müzakirələri məmnunluqla xatırladı. Dövlət başçısı Azərbaycan ilə Pakistan arasında qardaşlıq və tərəfdaşlıq münasibətlərini daha da möhkəmləndirməyin önəmini vurğulayıb. Prezident İlham Əliyev əlaqələrimizin möhkəmləndirilməsi istiqamətində göstərdiyi xidmətlərə görə İnayatullah Kakara təşəkkürünü bildirib.

Səfir İnayatullah Kakar ölkəmizdəki diplomatik fəaliyyətinə yaradılan yüksək şəraitə görə Azərbaycan hökumətinə və şəxsən Prezident İlham Əliyevə minnətdarlığını ifadə edib.


Teqlər:  





Xəbər lenti