Saxta pul satanlar tutuldu

Saxta pul satanlar tutuldu
  28 Fevral 2013    Oxunub:2186
Bakıda polis saxta pulların dövriyyəsinə qarşı əməliyyat keçirib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Yasamal rayon Polis İdarəsi əməkdaşlarının həyata keçirdiyi əməliyyat tədbirləri nəticəsində paytaxtda saxta əsginasları dövriyyəyə buraxan 4 nəfərdən ibarət qrup zərərsizləşdirilib.

Qrup üzvləri - Abşeron sakini, 27 yaşlı Nizami Mahmudov və Bakı şəhər sakinləri, 30 yaşlı Rüstəm Hüseynov, 29 yaşlı Yusif Həsənov, 34 yaşlı Səkinə Əliyeva şübhəli şəxs qismində saxlanılıblar. Onların üzərindən narkotik vasitə və müxtəlif nominallarda 10 min manat dəyərində saxta əsginas aşkar edilərək götürülüb.

İlkin araşdırmalarla müəyyən edilib ki, qrup üzvləri narkotik vasitə müqabilində saxta pulları dövriyyəyə buraxırmışlar.

Hazırda fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.


Teqlər:  





Xəbər lenti