Ordumuz elektron sistemə keçir

Ordumuz elektron sistemə keçir
  28 Fevral 2013    Oxunub:1926
Bu sistemlə qrupa, yaxud hər bir əsgərə ayrılıqda komanda verilə biləcək.
Azərbaycan Silahlı Qüvvələrində müasir döyüş idarəetmə sisteminin tətbiqi nəzərdən keçirilir. APA-nın verdiyi məlumata görə, yaxın vaxtlarda bununla bağlı pilot layihənin həyata keçirilməsi planlaşdırılır.

Layihə çərçivəsində bir neçə bölmə müasir komanda, nəzarət və kommunikasiya sistemlərini özündə birləşdirən xüsusi komplekslə təchiz olunacaq. «Gələcəyin əsgəri» təchizatının əsas komponenti sayılan bu sistemə bölük səviyyəsində şifrələnmiş əlaqəni təmin edən radiostansiya, elektron xəritə üzərində əsgərlərin yerini göstərən planşet, eynək monitor, GPS, həmçinin kiçik video kameralar daxil olacaq. Komandir idarəetmə avtomobili və ya üzərindəki planşet vasitəsilə əsgərlərin olduğu koordinatları, döyüş mövqelərini müşahidə edə, eyni zamanda qrupa, yaxud hər bir əsgərə ayrılıqda komanda verə biləcək.

Qeyd edək ki, hazırda MDB ölkələrindən Rusiya, Belarus və Azərbaycan «gələcəyin əsgəri» təchizatının yaradılması ilə bağlı müəyyən layihələri nəzərdən keçirir.



Teqlər:  





Xəbər lenti