İlham Əliyevə Quran hədiyyə olundu

İlham Əliyevə Quran hədiyyə olundu
  28 Fevral 2013    Oxunub:1549
Qəbələdə olan Prezident İlham Əliyev yeni məscidin açılışında iştirak edib.
Dövlət başçısına məlumat verilib ki, məscidin tikintisinə 2010-cu ilin may ayında başlanılıb. Heydər Əliyev Fondunun sifarişi ilə tikilən məscid binasının layihəçisi “Konstruktor MMC”, binanın podratçısı isə “Gilan inşaat” MMC-dir. Binanın tikinti sahəsi 715 kvadratmetr, minarənin hündürlüyü isə 25 metrdir.

Məsciddə yaradılmış şəraitlə tanış olan Prezident İlham Əliyevə məlumat verilib ki, burada eyni vaxtda 450 kişi, 150 qadın olmaqla ümumilikdə 600 nəfər mömin ibadət edəcəkdir.
Məscidin müqəddəs Qurani-Kərimdən surələr yazılmış divarları və sütunları Azərbaycan naqqaşlıq məktəbinin və Şərq ornamentlərinin nadir nümunələrindən istifadə olunmaqla dini rəmzlərlə bəzədilib. Dini ocağın həyətində kiçik memarlıq üslubunda iki fontan da inşa edilib. Məscidin həyətində, həmçinin axund, dərs, kitabxana, mərasim, qadın və kişilər üçün dəstəmaz otaqları və köməkçi tikililər inşa olunub. Binanın həyəti yaşıllaşdırılmış, dekorativ ağaclar əkilmiş, müasir işıqlandırma sistemləri quraşdırılıb.

Prezident İlham Əliyevə Qurani-Kərim hədiyyə olunub.
Dövlət başçısı məsciddə yaradılan şəraitdən razılığını bildirib, müvafiq tapşırıq və tövsiyələrini verib.



Teqlər:





Xəbər lenti