Klinton siyasətə qayıdır - Yeni təşkilat yaratdı - (VİDEO)

Klinton siyasətə qayıdır - Yeni təşkilat yaratdı - (VİDEO)
  16 May 2017    Oxunub:2379
ABŞ-ın sabiq dövlət katibi, prezidentliyə keçmiş namizəd Hillari Klinton yeni siyasi təşkilat yaradıb. AzVision.az xəbər verir ki, bu barədə Klinton öz “Tvitter” səhifəsində yazıb.
Yeni təşkilat “Onward Together” ("Birlikdə İrəli") adlandırılır.

“Biz bu təşkilatı ona görə yaradırıq ki, insanlar ruhlansınlar, siyasi proseslərdə iştirak etsinlər, fəaliyyətlərini əlaqələndirsinlər və hətta seçkilərdə namizədliklərini irəli sürsünlər”, - deyə Klinton vurğulayıb.

“Onward Together”in məqsədi 66 milyona yaxın seçicinin dəstək verdiyi ideyaları davam etdirməkdir", - deyə təşkilatın rəsmi saytında bildirilib.

Ekspertlərin fikrincə, yeni təşkilatın yaradılması Klintonun rəsmi olaraq siyasətə qayıdışı anlamına gəlir.

Qeyd edək ki, ötən ilin noyabrında ABŞ-da keçirilən prezident seçkilərində Hilari Klinton rəqibi Donald Trampa məğlub olub.



Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər: ABŞ   Klinton  





Xəbər lenti