Hökumət hesabat verəcək

Hökumət hesabat verəcək
  28 Fevral 2013    Oxunub:1388
Nazirlər Kabinetinin Milli Məclisə hesabat verəcəyi tarix məlum olub.
Məlumata görə, gələn həftə Nazirlər Kabineti Milli Məclisə 2012-ci ilin hesabatını verəcək. Milli Məclisdən Modern.az saytına verilən məlumata görə, hər il olduğu kimi, bu il də hökumətin hesabatı mart ayında dinləniləcək. Milli Məclisin 5-ci iclasında hökumətin son bir illik fəaliyyətinə qiymət veriləcək.

Nazirlər Kabinetindən də məlumatı təsdiqlədilər. Bildirildi ki, artıq hesabat hazırdır və yaxın günlərdə Milli Məclisə göndəriləcək.

Qeyd edək ki, Milli Məclisin (MM) daxili nizamnaməsinə görə, hər il parlamentin yaz sessiyasının 5-ci iclasından (mart ayı) gec olmayaraq hökumətin son bir illik fəaliyyəti ilə bağlı dinləmələr keçirilir və hökumət adından Baş nazir parlamentarilər qarşısında hesabat verir.

Parlamentdə hökumətin 2012-ci ilin yekunlarına dair hesabat məruzəsinin Baş nazir Artur Rasizadənin edəcəyi gözlənilir.
(modern.az)



Teqlər:





Xəbər lenti