Ermənistanda çavuş hərbçi yoldaşını güllələyib - (VİDEO)
Saat 10:25 radələrində Vayots Dzorda təşkil edilmiş düşərgə toplantısı zamanı “N” saylı hərbi hissənin 6-cı bölüyünün müqavilə əsasında xidmət edən hərbi qulluqçusu - kiçik çavuş avtomatın təmizlənməsi zamanı satəş açıb. Ehtiyatsızlıqdan açılan güllə Narek Hakopyana dəyib. O, bu səbəbdən ölüb.
***
Ermənistanda yerləşən hərbi hissələrin birində müqavilə ilə xidmət edən hərbi qulluqçu naməlum şəraitdə ölüb.
AzVision.az erməni mətbuatına istinadən xəbər verir ki, məlumatı ölkənin Müdafiə Nazirliyinin mətbuat katibi Artrun Hovhannisyan təsdiq edib.
Ölən hərbi qulluqçu Narek Hakopyandır. Onun hansı şəraitdə ölməsi barədə məlumat verilmir. Hadisə ilə bağlı cinayət işi açılıb, araşdırma aparılır.
Şahin Qocayev
AzVision.az
Teqlər: Ermənistan Hərbçi