“Uğur çox təhlükəlidir”

“Uğur çox təhlükəlidir”
  27 Fevral 2013    Oxunub:1616
“Dell” şirkətinin qurucusu Maykl Dell-in planları, üzləşdiyi səhvləri, həvəs və ideal imkanları haqqında fikirləri.
- Biznesə başlayan zaman mənə ən çox xeyir gətirən bilməməzliyim, məni irəli aparan isə qərəzli fikirlərdən uzaq intuisiyam oldu.

- Qeyri-adi, ağıllı fikir yürütmək üçün heç də dahi olmaq və ya ali məktəb bitirmək lazım deyil. Sadəcə olaraq düşünmək qabiliyyəti və xəyal qurmaq bacarığı kifayət edir.

- Bəzən insanlar görəcəyin işin mümkünsüz olduğunu deyirlər. Belə olan halda yaxşısı budur, heç kimdən heç nə soruşmayasan və ya kimsənin məsləhətinə qulaq asmayıb, öz bildiyini edəsən. Mən də belə etmişəm.

- Mənimsəmək məcburiyyətində qaldığım ilk şey — uğursuzluqlarımın sayı və həmin uğursuzluqlardan aldığım dərslər arasındakı əlaqə oldu. Nə qədər səhv etdimsə, bir o qədər də öyrəndim.

- Uğurların artdıqca məğlubedilməz olduğunu düşünürsən. Lakin bu düşüncə səni daha da zəiflədər.

- Öz düşündüyüm kimi deyil, müştərinin real tələbatları əsasında biznes qurmaq mənə daha yaxın və daha təbiidir.

- Gördüyün işin uğurla nəticələnəcəyinə inanmaq lazımdır.

- Əgər real konsepsiyan varsa, başqalarının səni yolundan döndərmək cəhdlərinə məhəl qoymadan ətrafında özünlə həmfikir əməkdaşlar topla.

- Bəzilərinin imkansız, hətta əlçatmaz hesab etdikləri işləri görmək çox xoşdur.

- Çətin anlarda gördüyün işi yüz ölçüb, bir biçmədən emosional qərar qəbul etmək qaçılmaz uğursuzluqlara yol açır.

- Planlaşdırma ən əsas məqamlardan biridir. Burada təbiətin bəxş etdiyi ağıldan çox, təcrübə vacibdir.

- Böyük və ya kiçik şirkətin rəhbəri olmağından asılı olmayaraq hər işi təkbaşına görmək mümkün deyil. Əslində, dəstək olmadan demək olar ki, heç nə edə bilməzsən.

- Mən heç kəsə xəbər vermədən sexlərə baş çəkir, işçilərimin problemlərini elə iş başında aydınlaşdırıram.

- Uğurlarımızla öyünməməyə, lovğalanmamağa çalışırıq.

- Düşünürəm ki, bu gün iri korporasiyalarda anlaşılmazlıqlara səbəb ünsiyyət qıtlığı və mürrəkkəb iyerarxik mədəniyyətlərdir.

- Bu gün sadəcə müştəri qazanmaq azdır, əsas odur ki, onu razı sala və yaxşı mənada təəccübləndirə biləsən. Özü də təkcə bir dəfə yox, həmişə.

- İnternetdən də üstün yeganə əlaqə vasitəsi fikirlərin birbaşa çatdırılması, başqa sözlə desək, müştəri ilə birbaşa ünsiyyətdir.

- Özünüzü önəmli bir şəxs kimi göstərməyə çalışmayın. Müştərilər daha çox sadə və etibarlı adamlara üstünlük verirlər.

- Dostların hər zaman yaxında olması yaxşıdır, ancaq distrübutorların yaxın olması daha yaxşıdır.

- Başqalarının lazımsız hesab etdiklərini mülkiyyətə çevirməyə çalışın.

- Bəzən qarşı tərəfə hücum - ən yaxşı müdafiədir. Özünü qalxanla qorumaq əvəzinə qılıncla hücuma keçin.

- Uğur çox təhlükəlidir – çünki uğur insanı eyni anda həm məğlubedilməz, həm də həssas edər.

- İdeal imkanlar axtarmaqla vaxtınızı itirməyin. Bunula doğru yoldan azmış olarsınız.

- Axtardığınızı, ən əsası, özünüzü tapmaq üçün içinizdəki həvəs od olub qarşınızdakı maneələri yandırıb tökməli və sizi istəklərinizə doğru aparmalıdır.

Səbinə Həsənova


Teqlər:  





Xəbər lenti