Kimsəsiz uşaqlar üçün sığınacaq tikilir

Kimsəsiz uşaqlar üçün sığınacaq tikilir
  27 Fevral 2013    Oxunub:1981
Sığınacağın cari ildə tikilib başa çatdırılacağı planlaşdırılır.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi valideyn himayəsindən məhrum uşaqlar üçün Sabunçu rayonunun Zabrat qəsəbəsində Sosial Reabilitasiya Mərkəzi və Sosial Sığınacaq inşa etdirir. Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, “Azərbaycan Respublikası regionlarının 2009 -2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na əsasən, inşa olunan mərkəzin və sığınacağın tikintisinin cari ildə başa çatdırılması, həmçinin respublikanın daha 7 rayonunda belə mərkəzin yaradılması planlaşdırılır.

Sosial reabilitasiya mərkəzləri və sığınacaqlar baxımsız qalmış uşaqların problemlərinin həllinə, təhsil almalarına, cəmiyyətə inteqrasiya olunmalarına kömək göstərəcək, onlara tibbi, hüquqi, sosial xidmətlərin göstərilməsini təmin edəcək.


Teqlər:





Xəbər lenti