Ağdaş sakini evində yanaraq ölüb

Ağdaş sakini evində yanaraq ölüb
  01 Fevral 2017    Oxunub:1423
Ağdaş rayonunda yaşayış evinin yanması nəticəsində 89 yaşlı ev sahibi ölüb.

AzVision.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, rayonun Qarağan Sədi kəndində vətəndaşa məxsus ümumi sahəsi 86 m² olan birmərtəbəli 2 otaq və aynabənddən ibarət evin yanar konstruksiyaları və dam örtüyü 44 kv.m sahədə yanıb.

Yanğın zamanı ev sahibi, 1928-ci il təvəlüdlü Mustafayev Səfər Mustafa oğlunun cəsədi yanğınsöndürənlər tərəfindən aşkarlanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 14:50-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

AzVision.az


Teqlər:





Xəbər lenti