Qaxda 5 otaqlı ev yanıb

Qaxda 5 otaqlı ev yanıb
  30 Yanvar 2017    Oxunub:1315
Səhər saatlarında Qaxda yanğın faktı qeydə qalınıb.
Fövqəladə Hallar Nazirliyindən AzVision.az-a verilən məlumata görə, rayonun Əlibəyli kəndində vətəndaşa məxsus ümumi sahəsi 168 m2 olan kürsülü birmərtəbəli 5 otaqlı evin 1 otağının tavanı və çardağının yanar konstruksiyaları 40 m2 sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın saat 09:44-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

AzVision.az


Teqlər:





Xəbər lenti