Milli Kitab Mükafatının siyahısı açıqlanacaq

Milli Kitab Mükafatının siyahısı açıqlanacaq
  27 Fevral 2013    Oxunub:1492
Martın 15-də 10 əsərdən ibarət qısa siyahı müəyyənləşəcək.
Martın 1-də Milli Kitab Mükafatının Ekspert Şurası 20 ən yaxşı əsərdən ibarət uzun siyahını açıqlayacaq. Tədbir saat 14:30-da Beynəlxalq Mətbuat Mərkəzində başlayacaq.

Ekspert Şurasının üzvləri Tehran Əlişanoğlu, Mahir Qarayev, Yaşar, Zahir Əzəmət, Elnarə Tofiqqızı, Bella Zakirova və Vyaçeslav Sapunovdur. 28 avqust 2012-ci ildən start götürən müsabiqəyə 241 əsər daxil olub. Onlardan 175-i nəsr əsəri, 58-i şeir, 8-i uşaq nağılıdır.

Martın 15-də 10 əsərdən ibarət qısa siyahı müəyyənləşəcək və qiymətləndirilmə üçün Münsiflər Heyətinə təqdim olunacaq.

İyun ayının 4-də mükafatın qalibləri elan olunacaq. 1-ci yerə üç min, 2-ci yerə iki min, 3-cü yerə min manat pul mükafatı düşür. Ən yaxşı uşaq nağılının müəllifinə, ən yaxşı gənc yazara və ən yaxşı şeirə görə 300 manat mükafat veriləcək.

MKM-i 2009-cü ildə “Əli və Nino” Nəşriyyat Evi təsis edib. Layihənin baş sponsoru “Bakcell” şirkəti, rəsmi sponsoru “Bank Respublika” ASC və “Əli və Nino” Nəşriyyat Evidir.


Teqlər:





Xəbər lenti