Bu yollardan keçməyin - SİYAHI

Bu yollardan keçməyin - SİYAHI
  27 Fevral 2013    Oxunub:1555
Yolların bağlanması Gürcüstan prezidentinin Azərbaycana səfəri ilə bağlıdır.
Gürcüstan prezidenti Mixail Saakaşvilinin Azərbaycana rəsmi səfəri ilə bağlı Bakının bəzi küçə və prospektlərində nəqliyyatın hərəkəti fasilələrlə məhdudlaşdırılacaq.

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədovun verdiyi məlumata görə, Gürcüstan prezidentinin Azərbaycana səfəri ilə bağlı, bu gün saat 14.00-dan , 28 fevral 09.00-a qədər Heydər Əliyev Adına Hava limanından Zuğulba, Mərdəkan, Buzovna istiqamətində, həmçinin həmin marşrutla şəhər istiqamətinə, Heydər Əliyev prospektindən, Yusif Səfərov küçəsi, Zərifə Əliyeva prospekti , Üzeyir Hacıbəyov küçəsi, Rəsul Rza küçəsi, Neftçilər Prospekti və “Azneft” meydanı, Niyazi küçəsi, Bakıxanov küçəsi, Ceyhun Hacıbəyli küçəsi, Vaqif küçəsi, Mehdi Hüseyn küçəsi, Teymur Elçin küçəsi, İnşaatçılar prospekti, Parlament prospekti ilə Fəxri Xiyaban istiqamətində hərəkət fasilələrlə məhdudlaşdırılacaq.

V. Əsədov sürücülərə müraciət edərək bildirib ki, göstərilən istiqamətlərdə avtomobillərin parklanması mümkün olmadığından şəxsi avtomobillərindən az istifadə etsinlər.



Teqlər:  





Xəbər lenti