Adlarını dəyişənlər çoxalıb

Adlarını dəyişənlər çoxalıb
  26 Fevral 2013    Oxunub:1881
Adlara dair müraciətlərdə vətəndaşlar daha çox ad dəyişmənin hüquqi prosedurları ilə maraqlanırlar.
Nazirlər Kabineti yanında Terminologiya Komissiyasına ad və soyadları dəyişməklə bağlı müraciətlərin sayı artıb. Bu barədə Terminologiya Komissiyasının sədr müavini Sayalı Sadıqova bildirib.

Onun APA-ya bildirdiyinə görə, soyadlarla əlaqədar müraciətlərdə əsasən soyad dəyişdirilməsinə yerli VVAQ şöbələrində düzgün istiqamət verilmədiyi və süründürməçilik edildiyi haqqında şikayətlər yer alır: “Adlara dair müraciətlərdə isə vətəndaşlar daha çox ad dəyişmənin hüquqi prosedurları ilə maraqlanırlar. Qeydiyyat idarələrindən birinin müdiri Terminologiya Komissiyasına müraciət edərək “Asudə” adlı qadının öz adını “Marufey” qoymaq istəməsinin qarşısını necə almağın yolunu soruşurdu. Bu tipli müraciətləri cavablandırmaq üçün gərək ad və soyad dəyişməyin hüquqi nüansları aydınlaşsın. Azərbaycanda ad dəyişməyin hüquqi cəhətləri aydın deyil. Ədliyyə Nazirliyi və Terminologiya Komissiyasının nəzdindəki Adlar və Soyadlar Komissiyası həmin nüansları birlikdə aydınlaşdırmalıdır”.


Teqlər:





Xəbər lenti