Arvadından bezən 70 yaşlı kişi bank yardı

Arvadından bezən 70 yaşlı kişi bank yardı
  08 Sentyabr 2016    Oxunub:3236
ABŞ-da 70 yaşlı təqaüdçü arvadından ayrılmaq üçün bank yarıb.
AzVision.az Rusiya KİV-nə istinadən xəbər verir ki, hadisə Kanzas sitidə baş verib. Arvadı ilə mübahisədən sonra Lourens Rippl `Onunla daha bir gün yaşamaqdansa həyatının sonuna qədər `türmə`də qalmaq yaxşıdır` qısa məktub yazaraq yaxınlıqdakı banka gedib.

Bankda yaşlı kişi kassirə “Bu soyğundur. Bütün pullarınızı verin” ifadəsi yazılan kağız parçası verib. Kassir təqaüdçüyə 3 min dollar verərək, polisə xəbər verən düyməni basıb.

Yaşlı kişi pulu bankın mühafizəçisinə qaytarıb, polisin gəlməyini gözləyəndə isə bankın müştəri və işçiləri əsl şok keçiriblər. O, hadisə yerinə gələn polisə bildirib ki, artıq həyat yoldaşı ilə yaşaya bilmir. İşi aparan FTX agentinin sözlərinə görə, Rippllar ailəsinin evində vəziyyət həqiqətən də acınacaqlı olub. Cütlüyün indiyə qədər niyə boşanmaması isə açıqlanmır.

Eldar Tanriverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti