“KAMAZ” “OPEL”-lə toqquşdu

 “KAMAZ” “OPEL”-lə toqquşdu
  07 Avqust 2013    Oxunub:1231
Xəsarət alanlar var
Abşeron rayonunda yol nəqliyyat hadisəsi baş verib.
AzVision.az-ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, rayonun Saray qəsəbəsində (Saray körpüsünün yaxınlığında) “OPEL” markalı minik avtomobili və “KAMAZ” markalı yük avtomobili toqquşub.

Nəticədə, yük avtomobilinin sürücüsü yüngül xəsarət alıb, minik avtomobili isə deformasiyaya uğrayıb. Dərhal hadisə yerinə cəlb olunmuş xilasedicilər xüsusi alət və avadanlıqlar vasitəsilə deformasiyaya uğramış avtomobildə sıxılmış vəziyyətdə qalan sürücünü çıxararaq aidiyyəti üzrə təhvil veriblər. Ərazidə müvafiq təhlükəsizlik tədbirləri görülüb.

AzVision.az


Teqlər:  





Xəbər lenti