İnsanın boyu iqlimdən asılı deyil

İnsanın boyu iqlimdən asılı deyil
  12 Avqust 2016    Oxunub:2197
İnsanın boyu və bunun təkamül ilə bağlılığı haqqında çoxəsrlik nəzəriyyələr iki mətləbdən xəbər verir: ekvatora yaxın yaşayan insanlar arıq və uzun, qütblərə yaxın yaşayan insanlar isə bəstəboy və bütövlükdə yekəpərdirlər.
AzVision.az Azərtac-a istinadən xəbər verir ki, XIX əsrdə təklif edilən Allen və Berqmanın qaydalarında belə deyilir.

Tennessi Universitetinin (ABŞ) antropoloqlarının yeni tədqiqatına əsasən, ola bilsin, bu qaydalar həqiqətə uyğun deyil.

Tədqiqatçılar iddia edirlər ki, insanların ətraflarının uzunluğu təkcə iqlim kimi müstəqil amillər sayəsində təkamül etməyib, əksinə, onlar böyük ehtimalla bilmədiyimiz bir üsulla inkişaf edib.

Berqman və Allenin qaydaları heyvanlarda və insanlarda ətrafların ölçü və uzunluq normalarını təsvir edir. Bioloq Karl Berqman hesab edirdi ki, soyuq iqlim şəraitində yaşayan istiqanlı varlıqlar iri, isti ərazilərdə yaşayanlar isə xırda olurlar.

Coel Azaf Allen hesab edirdi ki, soyuq bölgələrdə insanlar elə təkamül ediblər ki, bədən səthinin açıq sahəsi minimum açıq olsun. İsti bölgələrə qaydalar tam tərsinə tətbiq edilir.

Tennessi Universitetinin tədqiqatçıları Qara Afrika (Böyük Səhradan cənubda), Şimali Afrika, Avropa və Arktikanın orta enlikləri daxil olmaqla, dörd regionda əhalini nəzərdən keçiriblər. Alimlər 400 nəfərin çiyin, mil, omba və qamış sümüklərinin uzunluğunun müqayisəsini aparıblar, habelə baş və çanağın diametrini ölçüblər.

Məlum olub ki, bazu önü sümüyü, ayağın aşağı hissəsi və bədənin ümumi həcmi Allen və Berqmanın qaydalarına uyğundur, əl və omba sümüklərininki isə yox. Bu faktlar bəzi parametrlərin nəzərə alınmadığını göstərib.

Kristin Savelli və onun həmkarları müəyyən ediblər ki, qaydaların pozulmasına enlik dairəsi artdıqca qısalan qamış və mil sümükləri və bunun nəticəsində qısalan çiyin sümüyü arasında genetik korrelyasiya səbəb olub. Qamış və mil sümüklərinin təbii seçməyə reaksiyası və onların çiyin sümüyü ilə genetik əlaqəsi təbii seçmənin çiyin sümüyünə birbaşa təsirinə qalib gəlib.

AzVision.az


Teqlər:





Xəbər lenti