Deputat:`Litva səfiri öz mövqeyini açıq şəkildə ifadə etməlidir`

Deputat:`Litva səfiri  öz mövqeyini açıq şəkildə ifadə etməlidir`
  02 Avqust 2013    Oxunub:1223
«Azərbaycan Xarici İşlər Nazirliyi Litva səfirini çağıraraq ondan izahat istəməlidir».
Bu sözləri AzVision.az-a açıqlamasında Milli Məclisin deputatı, Litva-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Fuad Muradov iki Litva diplomatının Dağlıq Qarabağ münaqişəsi ilə bağlı söhbətin interrnetdə yayılmış qalmaqallı telefon yazısını şərh edərkən deyib.

F.Muradovun sözlərinə görə, Azərbaycan-Litva münasibətlərinin yüksək səviyyəsinə uyğun olaraq, bu məsələyə XİN tərəfindən adekvat cavab verməlidir:

“İnternetdə yayılan stenoqramın həqiqi olduğuna inanmaq istəməzdim. Əgər bu iddia edildiyi kimi təxribatdırsa, Litva səfiri Azərbaycanda öz mövqeyini açıq şəkildə ifadə etməlidir. Bu səs yazısında konkret adlar var"-deyə deputat bildirib.

Qeyd edək ki, rəsmi Vilnusun mövqeyinə zidd olaraq həmsöhbətlər danışıq zamanı Azərbaycan-Ermənistan münasibətləri haqqında şəxsi fikirlərini müzakirə edərək ermənipərəst mövqedən çıxış ediblər. Söhbətin XİN-in "Şərq tərəfdaşlığı" üzrə siyasət departamentinin direktor müavini Zenonas Kumetaytis və Litvanın Macarıstandakı diplomatı Renatas Yuşka arasında getdiyi güman edilir. Bu söhbət cari il aprelin 4-də saat 12:50-də baş tutub.


Teqlər:





Xəbər lenti