İdmançımız dünya çempionu oldu

İdmançımız dünya çempionu oldu
  28 İyul 2013    Oxunub:1163
Fransanın Lyon şəhərində paralimpiyaçılar arasında atletika üzrə dünya çempionatı davam edir.
Azərbaycan Milli Paralimpiya Komitəsindən bildirilib ki, yığmamızın üzvü Vladimir Zayets üç təkanla tullanma yarışlarında 15.3 metr nəticə göstərərək dünya çempionatının rekordunu yeniləmiş və qızıl medala sahib olub.

Özbəkistanlı Doniyo Saliyev gümüş, belaruslu Siarxey Burdukov isə bürünc medal qazanmışlar.(AzərTac)



Teqlər:





Xəbər lenti