"Barselona" yeni məşqçisini təqdim etdi

"Barselona" yeni məşqçisini təqdim etdi
  27 İyul 2013    Oxunub:1462
"Barselona" klubu baş məşqçisi Xerardo Martinonu ictimaiyyətə təqdim edib.
İspaniya mətbuatının yazdığına görə, klubla rəsmi müqavilə imzalayan argentinalı mütəxəssis ona göstərilən etimaddan məmnun olduğunu deyib:

"Barselona"da olmaq qürurvericidir. Bir il öncə burada olacağımı düşünməzdim. Futbolçularla qısa bir zamanda tanış olub, hazırlıqlara başlamağı səbirsizliklə gözləyirəm".

Neymarla və Messinin birlikdə oynaması haqqında danışan baş məşqçi deyib: "Onların birlikdə oynaya bilməməklərini düşünmürəm. Əgər bu alınmasa, deməli mənim problemimdir".

Martino həmçinin bildirib ki, transferlərə ehtiyac yoxdur: "Komandanın heyətindən razıyam. Ancaq hər klubun daha da inkişaf etdirməli mövqeləri var. Klubu ən yaxşı səviyyədə tutmağa çalışacağam".


Teqlər:





Xəbər lenti