Kürdə çirklənmənin səviyyəsi artıb

 Kürdə çirklənmənin səviyyəsi artıb
  24 İyul 2013    Oxunub:1284
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti Kür və Araz transsərhəd çaylarının, həmçinin onların transsərhəd qollarının çirklənmə vəziyyətini öyrənmək məqsədilə iyul ayının II ongünlüyü üçün növbəti monitorinqləri həyata keçirib.
Nazirliyin mətbuat xidmətindən AzVision.az-a verilən xəbərə görə, iyulun II ongünlüyündə Kür çayında suyun sərfi iyul ayının I ongünlüyünə nisbətən 17,1 m3/san azalaraq 65,1 m3/san təşkil edib.

Monitorinqin nəticələrinə əsasən Gürcüstan və Ermənistan ərazilərindən təmizlənmədən birbaşa su obyektlərinə axıdılan məişət tullantıları və sənaye müəssisələrinin çirkab sularının təsiri nəticəsində Kür çayı və onun qollarında biogen maddələrin miqdarının normadan dəfələrlə artıq olması müşahidə olunub. Suyun tərkibindəki spesifik çirkləndiricilərdən fenol və mis birləşmələri yol verilən qatılıq həddini (YVQH) keçib.

İyul ayının II ongünlüyündə aparılan monitorinqlərin nəticələrinə görə Araz çayı üzrə Horadiz məntəqəsində suyun əsas çirkləndiricilərindən olan fenollar 4, mis birləşmələri 3, I Şahsevəndə fenollar 3, mis birləşmələri 4, Bəhramtəpədə isə fenollar 3, mis birləşmələri 2 dəfə YVQH-ni keçib. Suyun oksigen rejimi bütün məntəqələrdə 6,0-6.21 mq/l arasında olmaqla sanitar norma daxilində dəyişib.

AzVision.az


Teqlər:  





Xəbər lenti