Papanı partlatmaq istədilər

  23 İyul 2013    Oxunub : 710
Papanı partlatmaq istədilər
Braziliyada pontifikinbaş çəkəcəyi məbəddən partlayıcı qurğu tapılıb
Rio-de-Janeyroda Roma papası Fransiskin səfəri ilə bağlı etiraz aksiyası keçirilib. Polis nümayişçiləri dağıtmaq üçün gözyaşardıcı qaz və su şırnaqlarından istifadə edib.

Etiraz aksiyası Pontifikin Braziliya prezidenti ilə görüşü ərəfəsində başlayıb. Polis nümayişçilərdən bəzilərini saxlayıb. 1 polis xəsarət alıb.

Sabah Roma Papasının San Paulo şəhərində baş çəkməsi planlaşdırılan məbəddə isə bomba aşkarlanıb. Partlayıcı qurğu artıq zərərsizləşdirilib.

S.Həsənova
AzVision.az

Teqlər: