4 nəfər liftdə qaldı

4 nəfər liftdə qaldı
  21 İyul 2013    Oxunub:1172
Bakıda liftdə qalmış 4 nəfər xilas edilib.
AzVision.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, paytaxtın Yasamal rayonunda doqquzmərtəbəli yaşayış binasının liftində 4 nəfər köməksiz vəziyyətdə qalıb. Dərhal FHN-in müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, lift texniki nasazlıq səbəbindən 5-ci mərtəbədə dayanıb. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə lifti 6-cı mərtəbəyə qaldırıb, qapılarını açıb və vətəndaşların liftdən çıxmasına şərait yaradıblar.

AzVision.az


Teqlər:





Xəbər lenti