Dağlıq Qarabağ yaraqlılarının başçısı itib

Dağlıq Qarabağ yaraqlılarının başçısı itib
  17 İyul 2013    Oxunub:1503
Samvel Babayan iri məbləğdə borc götürdükdən sonra aradan çıxıb
Qondarma Dağlıq Qarabağ rejiminin yaraqlılarının keçmiş rəhbəri Samvel Babayan uzun müddətdir ki, yoxa çıxıb.


İrəvanda çıxan "Joxovurd" qəzeti ailəsinin onun harada olduğunu bilmədiyini yazıd. Qəzet yazır ki, ordudan ayrılan Samvel Babayan öz evini, qaynanasının evini, həmçinin dostlarının evlərini girov qoyaraq banklardan iri məbləğdə borclar götürüb.

Evi girov gedən dostların sırasında İrəvanın keçmiş meri və deputat Albert Bazeayanın, Konstitusiya məhkəmsinin sədri Kim Balayanın da evləri var. O, həmin pulları biznesə qoyub, amma biznes tezliklə uğursuz olub, Babayan isə borcu qaytarmaq əvəzinə tələm-tələsik aradan çıxıb.(ANS)


Teqlər:





Xəbər lenti