`İlhamənin oğlu mənəm...` - Miras qalmaqalı böyüyür

`İlhamənin oğlu mənəm...` - Miras qalmaqalı böyüyür
  02 Mart 2016    Oxunub:23095
Xalq artisti İlhamə Quliyevanın vəfatından sonra onun mirasının kimə qalması məsələsi qalmaqala səbəb olub.
Sənətkarın yaxın qohumu, müğənni Əli Mirəliyev mirasın İlhamə Quliyevanın oğluna deyil, dövlətə qalacağını bildirib. O,Orxan Nadirovun xalq artistinin rəsmi şəkildə oğlu olmadığını deyib.

Əli Mirəliyevin bu çıxışına müğənnin oğlu Orxan Nadirovun cavabı gecikməyib.

AzVision.az-a açıqlama verən O.Nadirov Əli Mirəliyevi onların ailə işlərinə qarşımamağa çağırıb.

“Əli Mirəliyev yaşlı adamdır, ağzına nə gəlir danışır. O, bizim ailə işimizə qarışmasın. İlhamə xanımın oğlu mənən, Əli Mirəliyev bunu yaddan çıxarmasın. Yaşlı insandır deyə ona hörmət qoyuram, daha doğrusu onu yola verirəm. Miras məsələsi ilə hazırda vəkilimiz məşğul olur. Hazırda mənim üçün miras söhbəti gündəmdə deyil. Mənim üçün anamın yas mərasimi vacibdir. Mən yasdayam, başqa heç nə maraqlı deyil. Yas mərasimini verəndən sonra vəkillərimizlə birlikdə bu məsələni qanun çərçivəsində həll edəcəyik. Əli Mirəliyevə nə deyim? Yaşlı adamdır, qoy danışsın”,-deyə Xalq artistinin oğlu vurğulayıb.

Şahanə Rəhimli
AzVision.az




Teqlər:  





Xəbər lenti