İnternet beyini öldürür

İnternet beyini öldürür
  10 İyul 2013    Oxunub:1294
Kaliforniya universitetinin alimləri 18 – 99 yaş arası 18,5 min insanı sorğuya cəlb etməklə belə nəticəyə gəlib ki, internet insan beyninin düşmənidir.
Statistikaya görə 40 yaşınadək insanların 14 %-i yaddaşlarından şikayət edib. Şikayətlərin ən çoxu informasiya texnologiyası ilə bağlı peşə və həyat tərzi ilə əlaqədardır.

İnternetdə axtarış, daimi mesajlaşma, qulaqcıqlarla musiqi dinləmə insanın fikrini yayındırır və yaddaşını korlayır. İnsanların çoxu unutqanlıq və yaddaş zəifliyi üçün dərmanlara qaçır. Alimlər isə dərmanın yaddaş pozğunluğuna kömək etməyəcəyini bildiriblər. Çünki yaddaş zəifliyi sağlamlıqla və beyin damarları ilə bağlı deyil, stress və beynin həddən artıq yüklənməsi ilə əlaqədardır. Alimlərin sözlərinə görə, bu vəziyyətdən qurtarmaq üçün tibbi vasitəyə qaçmaq əvəzinə beyni istirahət etdirmək lazımdır.

AzVision.az


Teqlər:





Xəbər lenti