Paytaxtda mərkəzi yol artıq açıqdır

  07 İyul 2013    Oxunub : 562
Paytaxtda mərkəzi yol artıq açıqdır
Bakının Tbilisi prospektinin bağlanan hissəsi avtomobillərin hərəkəti üçün tam olaraq istifadəyə verilib.
Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-nin mətbuat xidmətindən verilən məlumata görə, hazırda təmir aparılan ərazidə işlərr tam başa çatıb və avtomobillərin hərəkəti üçün tam açıqdır.

Verilən məlumata görə, iyulun 8-dən təmir işləri ilə əlaqədar Tbilisi prospektinin A.Salamzadə küçəsi ilə kəsişməsindən Ş.Mehdiyev küçəsi ilə kəsişməsinədək olan hissəsi bağlanacaq.

Qeyd edək ki, Həsən Əliyev küçəsinin kəsişməsindən Tbilisi prospekti ilə 20 Yanvar metrostansiyası istiqamətində A.Salamzadə küçəsinin bir hissəsində (Nəqliyyat Nazirliyinin inzibati binasının qarşısı) asfalt örtüyünün dəyişdirilməsi ilə əlaqədar iyunun 28-i gecə 00:00-dan başlayaraq təmir işləri başa çatanadək avtomobillərin hərəkətinə tam məhdudiyyət qoyulmuşdu.

AzVision.az

Teqlər: