15 yaşlı oğlan süni göldə boğulub öldü

15 yaşlı oğlan süni göldə boğulub öldü
  07 İyul 2013    Oxunub:1657
Mingəçevir şəhərində 15 yaşlı yeniyetmə batıb.
Məlumata görə, Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Mingəçevir şəhərində, süni göldə (ən yaxın xilasetmə məntəqəsindən 15 km aralıda) 1998-ci il təvəllüdlü Arzuman Əhməd oğlu Əzizov çimərkən batıb.

Dərhal Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri hadisə yerinə cəlb olunublar.

A.Əzizovun cəsədi dalğıc-xilasedicilər tərəfindən tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.


Teqlər:





Xəbər lenti