`Oğru` kimi tanınan gülsatan oğlan danışdı - VİDEO

`Oğru` kimi tanınan gülsatan oğlan danışdı - VİDEO
  19 Yanvar 2016    Oxunub:18872
Bir neçə gündür Bakıda müzakirə olunan “gülsatan oğlan” televiziyada efirə çıxıb.
AzVision.az milli.az-a istinadən xəbər verir ki, ATV telekanalında Zaur Baxşəliyevin “Bizimləsən” verilişinə çıxan gənc haqqında yayılan xəbərlərdən danışıb.

Salyanın Sarvan kəndindən olan, 1989-cu il təvəllüdlü Nüsrət Allahyar oğlu, dediyinə görə, Ankara Universitetinin riyaziyyat fakültəsində oxuyur. Atasını itirən gənc ailəsini dolandırmaq, təhsilini davam etdirmək üçün və əsas da viza almaq üçün Azərbaycana gəlir. Vizası gecikən oğlan Bakıda qalmalı olur.

Türkiyədə gül sataraq dolanan Nüsrət burada da bu peşəni davam etdirir. Bir gün bir evə gül gətirən oğlan xanım tərəfindən yanlış anlaşılır və xanımın çəkdiyi video internetdə sürətlə yayılır. Həmin xanım gəncin qapıları döyərək evə soxulmaq istədiyini, oğurluq məqsədinin olduğunu deyib.

Gənc həmçinin bildirib ki, Azərbaycanda hərbi qulluğunu da başa vurub.

Qeyd edək ki, Daxili İşlər Nazirliyinin mətbuat xidməti bu məlumatların yayılmağından sonra açıqlama verərək, həmin oğlanın cinayətkar olmadığını və məhz gül satmaq üçün qapıları döydüyünü bildirmişdi.




AzVision.az


Teqlər:  





Xəbər lenti