Kosmosda spirt tapıldı – Alimlərdən şok açıqlama

Kosmosda spirt tapıldı – Alimlərdən şok açıqlama
  24 Oktyabr 2015    Oxunub:21421
Alim-astronomlardan ibarət beynəlxalq qrupu, Lavcoy kometasına dair hesabat açıqlayıb.

AzVision.az Rusiya KİV-nə istinadən xəbər verir ki, hesabatda kometada 21 mürəkkəb orqanik molekulun aşkarlandığı göstərilib.

Alimlərin sözlərinə görə, onlar kometanın səthində su, sadə karbohidrogen, oksigen, kükürdlə yanaşı etil spirti və şəkər tozunun sadə forması – qlikolaldehid aşkarlayıblar. Onlar iddia edirlər ki, daha əvvəl kometalarda bu cür birləşmələr aşkarlanmayıb.

Qeyd edək ki, “C/2014 Q2 Lovejoy” komedi 17 avqust 2014-cü ildə məşhur avstraliyalı həvəskar astronom Terri Lavcey tərəfindən aşkarlanıb. Elmi dairələrdə onu “kometa ovçusu” adlandırıb: “Son 8 ildə o beş yeni kometa aşkarlayaraq onların şəklini çəkib. Fevral ayında kometa astronomların gözündən itib və onu bir də yalnız 8000 il sonra müşahidə etmək mümkün olacaq.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti