Rəssamın yubiley sərgisi açılacaq

Rəssamın yubiley sərgisi açılacaq
  20 İyun 2013    Oxunub:1211
Sabah sərginin açılışı olacaq
AzVision.az Mədəniyyət və Turizm Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi tərəfindən istedadlı rəssam, Azərbaycan Rəssamlar İttifaqının üzvü Səhhət Veysovun 60 illik yubiley sərgisi keçiriləcək. Sərginin açılışı 2013-cü il iyun ayının 20-də saat 17:00-da Muzey Mərkəzinin Sərgi Qalereyasında (Ünvan: Bakı şəhəri, Neftçilər pr., 123A) təşkil olunacaq.


Onun Azərbaycan Dövlət Rəsm Qalereyasının fondunda saxlanılan əsərləri müxtəlif sərgilərdə nümayiş etdirilsə də, uzun müddət, fərdi sərgisi təşkil olunmayıb.Sərgidə rəssamın yaradıcılığının 40 ilə yaxın dövrünü əhatə edən rəngkarlıq, qrafika və heykəltəraşlıq əsərləri nümayiş etdiriləcək.

AzVision.az


Teqlər:  





Xəbər lenti