Çəkisi çox olanın, pulu da çox olur - Maraqlı

Çəkisi çox olanın, pulu da çox olur - Maraqlı
  10 Oktyabr 2015    Oxunub:4455
Yeni Zelandiyanın Otaqo Universitetinin bir qrup tədqiqatçısı insanın maddi gəliri ilə onun çəkisi arasında asılılığı müəyyən edib.

Hələ 1977-ci ildə başlayan tədqiqatda 1,3 min adam iştirak edib. Alimlər uzun illər ərzində könüllülərin bədən kütləsi indeksindəki (BKİ) dəyişiklikləri və onların gəlir səviyyəsini müşahidə ediblər, onların psixolojı durumundakı dəyişiklikləri nəzərə alıblar və ağlagəlməz nəticə əldə ediblər. Onların fikrincə, kişinin çəkisi nə qədər çox olsa, gəliri bir o qədər çoxdur. Tədqiqat göstərib ki, Yeni Zelandiyada BKİ-si 30 və daha çox olan kişilər (bu, piylənmə mərhələsi sayılır) BKİ-si 18,4-24,9 olan kişilərlə müqayisədə həftədə orta hesabla 140 dollar çox pul qazanırlar.

Zərif cinsin nümayəndələrində isə vəziyyət tamamilə fərqlidir. Gözəl bədən quruluşlu qadınlar kök qadınlardan çox qazanırlar. Tədqiqatın rəhbəri Con Xorvud bildirib ki, bu, təkcə ətrafdakıların münasibəti ilə deyil, həm də qadının özünü qiymətləndirməsi ilə bağlıdır. Alimlərin fikrincə, kişilər çəkinin artmasını özlərinə dərd etmirlər, Qadınlar üçün isə artıq çəki böyük problemdir. Bu, onların həm karyerasına, həm də qazancına təsir edir. Tədqiqat, həmçinin göstərib ki, kök qadınlarla müqayisədə kök kişilər öz həyatlarından razı olurlar. (Azərtac)


Teqlər:





Xəbər lenti