“Happy Birthday to You” məhkəmədə

“Happy Birthday to You” məhkəmədə
  18 İyun 2013    Oxunub:2985
Nyu-York məhkəməsinə dünyanın məşhur mahnılarından biri sayılan “Ad günün mübarək” (“Happy Birthday to You”) mahnısının müəlliflik hüquqlarının etibarsız sayılması barədə iddia ərizəsi verilib.
İddiaçı hazırda bu mahnı barədə sənədli film çəkən “Qud morninq tu yu prodakşnz” şirkətidir. Şirkət iddia edir ki, “Ad günün mübarək” mahnısı ictimai sərvətdir, “Uorner /Çeppell myuzik” firması onun səsləndirilməsi üçün uzun illər qanunsuz olaraq lisenziya rüsumları toplayıb.

“Uorner/Çeppell myuzik” mahnının ərsəyə gəlməsindən 120 ildən çox vaxt keçdikdən sonra qanunsuz şəkildə iddia edir ki, mahnının müəlliflik hüququ ona məxsusdur. Firma qanunsuz şəkildə ümumən 5 milyon dollardan çox lisenziya rüsumu alıb. Məsələn, “Qud Morninq tu yu prodakşn” mahnıdan istifadə olunmasına görə bu ilin martında 1,5 min dollar ödəyib. “Ad günün mübarək” mahnısının müəlliflik hüququnun müddətinin (əgər belə bir hüquq vardısa) ən geci 1921-ci ildə bitməsi barədə sənədlərlə təsbit edilmiş təkzibolunmaz sübutlar var. “Uorner/Çeppell myuzik”in bu mahnıya hər hansı hüququ olsa da, bu hüquq mahnının 1935-ci ildə nəşr olunmuş ayrı-ayrı fortepiano aranjirovkalarının səsləndirilməsi və yayılması hüququ ilə məhdudlaşır”,-deyə ərizədə bildirilir.

“Ad günün mübarək” mahnısı Luisvilldən (Kentukki ştatı) olan məktəb müəllimləri Petti və Mildred Hillər tərəfindən 1893-cü ildə yazılıb. Elə həmin il Kleyton Sammi adlı bir nəfər bu mahnının hüququnu alıb. “Uorren/Çeppell myuzik” iddia edir ki, əvvəllər K.Sammi ilə bağlı olan “Berç tri” şirkətini 1998-ci ildə alması ilə bağlı indi bu hüquqlar ona məxsusdur.

Qeyd edək ki, “Ad günün mübarək” mahnısı dünyada ingilis dilində ən məşhur mahnı kimi Ginnesin Rekordlar Kitabına düşüb.


Teqlər:  





Xəbər lenti