İt pişik balalarına analıq edir - Video

 İt pişik balalarına analıq edir - Video
  28 Sentyabr 2015    Oxunub:3720
İt və pişiyin münasibətləri hər zaman insanların diqqət mərkəzində olub.
Onların düşmənçiliyi o qədər böyük olub ki, hətta el arasında məsəl kimi çəkilib. Lakin Zaqatala rayonunda Rəhimovlar ailəsinin bəslədiyi itlə pişik balaları təbiətin qanunlarını pozub.

APA TV-nin Şəki-Zaqatala bürosunun xəbərinə görə, Çiko adlı it pişik balalarına analıq edir.

Heyvanlara qarşı xüsusi məhəbbəti olan Ləman Rəhimova Çiko adı verdiyi iti 8 il öncə yolda görərək evlərinə gətirib. Təxminən 20 gün əvvəl isə yolda atılmış vəziyyətdə heç gözü belə açılmayan pişik balalarını tapıb. Sahibsiz pişik balalarına ev sahibi ilə yanaşı, Çiko da qayğı göstərməyə, hətta əmizdirməyə başlayıb.

Əvvəlcə itin onlara zərər verəcəyindən qorxan Ləman sonradan itin onlara qayğı ilə yanaşdığını görüb və pişik balalarını ona etibar edib. Çiko pişik balalarına öz balaları kimi baxır.

Maraqlıdır ki, Çiko indiyədək pişiklərin əsl qənimi olub, həyətə heç vaxt pişiyin girməsinə imkan verməyib.




Teqlər:  





Xəbər lenti