Yaşayış üçün ən bahalı şəhərlər

Yaşayış üçün ən bahalı şəhərlər
  20 Sentyabr 2015    Oxunub:3356
UBS AG bankının təhqiqatında İsveçrənin Sürix və Cenevrə şəhərlərinin Nyu-York və Londonu qabaqlayaraq, yaşayış üçün ən bahalı şəhərlər olduğu müəyyənləşib.
UBS-nin məruzəsində üç nəfərdən ibarət ailənin kirayə üçün pul ödəmədən 122 mövqedən ibarət minimal alış-veriş və xidmət xərcləri hesablanıb. Məlum olub ki, həmin ailə Sürixdə yaşamaq üçün ayda 3600 dollar, Cenevrədə 3500 qazanmalıdır. Nyu-Yorkda ailənin aylıq xərcləri 3340 dollar, Londonda 2800 dollar təşkil edir.

Kiyev və Sofiya kimi şəhərlərdə isə ailə ayda 1300 dollara yaşaya bilər. Hətta Nyu-Deli və Mumbay şəhərlərində üç nəfərlik ailə minimum 1500 dollar qazanmalıdır.

Əgər kirayə pulu da nəzərə alınsa, onda ilk yerə Nyu-York şəhəri keçir. Burada iki yataq otağı olan mebelsiz evin orta kirayə haqqı 4320 dollar, Sürixdə isə 2390 dollardır.

Yüksək qiymətlər səbəbindən bu şəhərləri ziyarət etmək istəyən turistlər üçün də çox xərc tələb olunur. Cenevrə və ya Sürixə, həmçinin Tokio və ya Nyu-Yorka bir günlük səfər turist cütlüyünə minimum 1000 dollara başa gəlir.

Qiymətlərin baha olması ilə yanaşı, İsveçrə şəhərlərinin əhalisi də digər ölkələrə nisbətən xeyli çox əməkhaqqı alır. Sürixdə orta əməkhaqqı saatda 41 dollardan çoxdur ki, bu da, məsələn, Kiyev sakininin əməkhaqqını 21 dəfə üstələyir.


Teqlər:  





Xəbər lenti