Acar uşaqlar Naxçıvan Duz Dağında – FOTOLAR

Acar uşaqlar Naxçıvan Duz Dağında – FOTOLAR
  12 İyun 2013    Oxunub:10234
Naxçıvan Muxtar Respublikası ilə Gürcüstanın Acarıstan Muxtar Respublikası arasında yaranan əməkdaşlıq səhiyyə sahəsini də əhatə edir. Hər iki muxtariyyat rəhbərləri arasında razılaşmaya əsasən Acarıstanda yaşayan bir qrup aztəminatlı ailənin uşaqları müalicə üçün Naxçıvana gəlib.

Bronxial astma, xroniki obstriktiv bronxial və allergik renit xəstəlikləri ilə 17 uşaq və 9 nəfər valideyn hazırda Duzdağ Fizioterpiya Mərkəzində müalicə kursu keçir. Uşaqların yaş həddi 7-17 arasında dəyişir.

İyunun 17-nə qədər davam edəcək kursun iştirakçılarının əksəriyyəti ötən il də burada müalicə keçib. “Nəticə xeyli yüksəkdir. Duzdağ müalicəsi gürcü uşaqlarin sağlamlığına 60-70 faiz müsbət təsir edib”,– bunları mərkəzin baş həkimi Ruslan Süleymanov bildirib.

- Hazırda Naxçıvan Muxtar Respublikası ilə Acarıstan Muxtar Respublikası arasında dostluq və əməkdaşlıq sürətlə inkişaf edir. Bu tədbir də əməkdaşlığın bir nümunəsidir. Biz hər iki qurumun rəhbərliyinə minnətdarıq. Ələlxüsus da, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbova minnətdarıq ki, bizim burada pulsuz qalmağımız və müalicəmiz üçün şərait yaradıb,- bunalrı isə valideyn və Acarıstan Səhiyyə nazirliyinin əıməkdaşı Yekaterina Russiya deyib.

Xatırladaq ki, artıq ikinci ildır baş tutan bu müalicə aksiyasının maliyyə xərclərini Naxçıvan hökuməti öz üzərinə götürüb.

Səməd Canbaxşıyev
Naxçıvan

Qalereya




Teqlər:





Xəbər lenti