Məktəblərdə yasaqlanacaq qidalar
“Bununla bağlı digər müvafiq dövlət orqanları ilə birgə iş aparacayıq. Keçmiş isti yeməklərin, yarımfabrikatların məktəb bufetlərində və uşaq bağçalarında istifadəsinə icazə verilməyəcək. Uşaq qidaları ilə bağlı standart qəbul olunub, bu ilin sentyabrın 2-də qüvvəyə minəcək. Qadağan edilən məhsulların siyahısı bu günün sonuna qədər ictimaiyyətə açıqlanacaq”-deyə Ə.İmanov vurğulayıb.